ABŞ-ın "Qızıl Qübbə" raketdən müdafiə sistemi 1,1 trilyon dollara başa gələcək
ABŞ-ın "Qızıl Qübbə" (Golden Dome) adlanan raketdən müdafiə sistemi üçün 1,1 trilyon dollar xərcləməli olacağı gözlənilir. Bu məbləğ prezident Donald Trampın dediyi 175 milyard dollardan xeyli fərqlənir. Bu barədə “Bloomberg” agentliyi öz hesablamalarına istinadən məlumat yayıb, “TASS” xəbər verir.
Hərbi ekspertlər agentliklə söhbətdə ABŞ administrasiyasının "Qızıl Qübbə"ni 2029-cu ildə 175 milyard dollara istifadəyə vermək hədəfini qeyri-real adlandırıblar. “Bloomberg”-in hesablamalarına görə, 1,1 trilyon dollarlıq məbləğ Trampın bəyan etdiyi xərclərdən 500%-dən çox arta bilər.
Agentlik vurğulayır ki, öz hesablamalarında yalnız silah və müdafiə sistemlərinin qiymətlərini nəzərə alıb, lakin operativ xərcləri, tədqiqat işləri üçün xərcləri, həmçinin personalın əmək haqqını daxil etməyib. “Bloomberg” əlavə edir ki, bütün bunlar "Qızıl Qübbə"nin yekun dəyərini daha da artıra bilər və bu raketdən müdafiə sisteminin istifadəyə verilsə belə, onun 100% effektiv olacağına dair heç bir zəmanət olmadığını vurğulayır.
Almaz Həsənli





















































.jpg)
.jpg)
.jpg)

























