Tokayev Bakı ilə Yerevan arasında sülh bəyannaməsinin imzalanmasının əhəmiyyətini qiymətləndirib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aşqabadda keçirilən "Sülh və Etimad: Davamlı Gələcək üçün Məqsədlərin Birliyi" beynəlxalq forumunda çıxış edərək bildirib ki, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmalar həm Cənubi Qafqazda, həm də ondan kənarda əməkdaşlığın inkişafı üçün yeni imkanlar açır.
Oxuməni.az-ın məlumatına görə, "Bizim fikrimizcə, Azərbaycan və Ermənistan tərəfindən birgə sülh bəyannaməsinin imzalanması tarixi əhəmiyyət kəsb edir və bu regionda və ondan kənarda çoxşaxəli əməkdaşlıq üçün geniş perspektivlər açır", - deyə o bildirib.
Qazaxıstan lideri tərəflərin tezliklə regionda sabitliyi təmin edəcək hərtərəfli sülh müqaviləsi imzalayacağına ümid etdiyini bildirib. Qeyd etmək lazımdır ki, 12 dekabrda Türkmənistanda keçirilən forum Beynəlxalq Neytrallıq Günü, Beynəlxalq Sülh və Etimad İli və Türkmənistanın daimi neytrallığının 30 illiyi ilə üst-üstə düşür.
Almaz Həsənli



























































.jpg)
.jpg)
.jpg)



















