Ukrayna üçün zəmanətlərlə bağlı AB-ABŞ danışıqları dalana dirənib

Ukrayna üçün zəmanətlərlə bağlı AB-ABŞ danışıqları dalana dirənib

10:18
Bəyəndim (2) Bəyənmədim (0)

Avropa İttifaqı və ABŞ arasında Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar " dalana dirənib". Bu barədə "Politico" mənbələrə istinadən xəbər verib.

Qəzet qeyd edib ki, "Orta ölçülü bir Avropa ölkəsindən olan yüksək vəzifəli bir hərbi məmur Amerika rəsmiləri ilə Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirələrin "yöndəmsiz" hala gəldiyini bildirib".

"Politico"nun mənbəyinə görə, ABŞ-ın Avropa ölkəsinə qarşı iddia edilən "hücum" halında necə reaksiya verəcəyi ilə bağlı "qeyri-müəyyənlik" var.

Rusiya prezidentinin köməkçisi və Rusiya Hərbi Tarix Cəmiyyətinin sədri Vladimir Medinski Avropa siyasətçilərini "androidlərlə" müqayisə edib. Siyasətçi Finlandiya xarici işlər naziri Elina Valtonenin Rusiyanın son 100 ildə 19 qonşu ölkəyə hücum etdiyi, lakin heç kimin ona hücum etmədiyi barədə açıqlamasına Telegram kanalında belə cavab verib.

Əziz Mustafa