Тrampın administrasiyası TikTok-da rəsmi kanal yaradıb
Ağ Ev ABŞ prezidentinin administrasiyasının TikTok-da rəsmi hesabının yaradıldığını elan edib.
Hesabda artıq üç musiqili videoçarx dərc olunub. Bu videolar rəsmi şəxslərin işinə və qanunsuz miqrantların ölkədən deportasiya prosesinə həsr olunub.
Sosial şəbəkə X-dəki profilində administrasiya istifadəçiləri TikTok-dakı yeni kanala abunə olmağa çağırıb və orada "bütün zamanların ən böyük kabinetinin" işinin "tarixi anlarını" göstərməyə söz verib.
Bu addım ABŞ-da TikTok-un gələcəyi ətrafında gedən vəziyyətin inkişafının davamıdır. Hələ 2024-cü ildə o vaxtkı prezident Co Bayden çinli "ByteDance" şirkətini sosial şəbəkəni satmağa və ya ABŞ ərazisində fəaliyyətini dayandırmağa məcbur edən qanun imzalayıb. Yanvar 2025-ci ildə vəzifəyə başlayan və əvvəllər platforma haqqında müsbət danışan Трамп, onun bloklanmasını dəfələrlə təxirə salıb, sonuncu dəfə isə 16 dekabr 2025-ci ilədək.
Sentyabrın sonunda Тramp, ABŞ-dakı TikTok-un nəzarətinin yerli biznesə keçməsini təsdiqləyən fərman imzalayıb. Sənədə əsasən, təxminən 14 milyard dollarlıq yeni şirkət ABŞ vətəndaşları tərəfindən idarə olunacaq, "ByteDance" isə onda 20%-dən az paya sahib olacaq. İdarəetmə yeni direktorlar şurasına həvalə olunacaq ki, bu da ABŞ istifadəçilərinin məlumatlarının qorunmasını təmin etməlidir.
Almaz Həsənli





































































.jpg)
.jpg)
.jpg)











