Bolqarıstan Parlamenti Jelyazkov hökumətinin istefasını qəbul edib
.
Bolqarıstan Milli Assambleyası (parlament) Baş nazir Rosen Jelyazkovun rəhbərlik etdiyi hökumətin istefasını 227 üzvün yekdilliklə səs verməsi ilə qəbul edib. İclas qanunverici orqanın veb saytında yayımlanıb. Hökumətin istefası 11 dekabrda parlament kanslerliyinə təqdim edilib.
Jelyazkovun kabineti davamlılığı təmin etmək üçün yeni Bolqarıstan hökuməti seçilənə qədər vəzifəsində qalacaq. Bolqarıstan hökumətinin istefası, "Dəyişikliklərə Davam Et" partiya bloku, Demokratik Bolqarıstan koalisiyası (PP-DB) və digər müxalifət üzvlərinin təşəbbüsü ilə ölkənin şəhərlərində on minlərlə insanın iştirak etdiyi genişmiqyaslı dinc etirazlar fonunda baş verib.
Jelyazkov 16 yanvar 2025-ci ildə baş nazir seçilib və 10 ay 25 gün vəzifədə olub.
Hökumətin istefasından sonra prezident Rumen Radev parlamentdə təmsil olunan siyasi partiyalarla məsləhətləşmələr aparmalı və sonra üzvlərə yeni hökumət qurmaq üçün üç cəhd etməlidir. Siyasətçilər razılığa gələ bilməsələr, dövlət başçısı texniki hökumət quracaq və erkən parlament seçkilərinin tarixini təyin edəcək.
Əziz MUSTAFA





























































.jpg)
.jpg)
.jpg)


















