
Çində qadınlar tanımadığı kişilərə onları qucaqlamaq üçün pul ödəməyə başlayıblar
Çində qeyri-adi xidmət populyarlıq qazanır: tənha qızlar qucaqlaşmaq üçün kişilərə pul ödəməyə hazırdır. Bu barədə “South China Morning Post” (SCMP) məlumat yayıb.
Qadınların özlərinin dediyinə görə, bir neçə dəqiqəlik qucaqlaşma, yad adamdan olsa belə, stresdən qurtulmağa və dəstək hiss etmələrinə kömək edir. Xidmətin qiyməti beş dəqiqə üçün 7 dollardır (təx.12 manat.-red.).
Yerli sakinlərindən biri sosial şəbəkədə dissertasiya yazmaqdan yaranan stressi azaltmaq üçün kişilərə qucaqlaşmağa pul verdiyini bildirib.
"Məni qucaqlayanda özümü təhlükəsiz hiss edirəm," – qız deyib.
Başqa bir qadın gərgin iş günündən sonra xidmətdən istifadə etdiyini bildirib. Müdirindən şikayət edərkən tanımadığı bir kişi, onu çiynindən yüngülcə vuraraq təsəlli verirdi.
Bir qayda olaraq, belə görüşlər ictimai yerlərdə keçirilir. Bir "qucaqlaşma mütəxəssisi" ilə, məsələn, metro stansiyasında və ya ticarət mərkəzində görüşmək olar.
Almaz Həsənli