
Almaniya Xarici İşlər Naziri Rusiyaya qarşı 18-ci Sanksiya Paketinin mümkün qədər tez qəbul edilməsinə çağırıb
Almaniyanın xarici işlər naziri Johann Vadephul hesab edir ki, Rusiya Ukraynada nizamlanma məsələsində dialoqa hazır olduğunu nümayiş etdirməyib. Bununla bağlı o, Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiya paketinin ən qısa zamanda qəbul edilməsini istəyib. Bundan əvvəl Almaniya kansleri Fridrix Merz “Rusiyaya təzyiqi artıracağına” söz vermişdi.
O, polşalı həmkarı ilə danışıqların yekunlarına dair mətbuat konfransında: "İstanbulda son danışıqlarda gördüklərimiz budur ki, "Rusiya tərəfi adi maksimum tələblərdən başqa heç nə irəli sürməyib",-deyib.
“Biz 18-ci sanksiya paketini mümkün qədər tez təqdim etməkdə israr edirik”, - deyə cənab Vadeful əlavə edib.
Almaniya kansleri Fridrix Merz yeni sanksiyalar tətbiq etməklə, “Rusiyaya təzyiqi artıracağına” söz verib. Onun sözlərinə görə, Avropa İttifaqı ABŞ-la 18-ci məhdudlaşdırıcı tədbirlər paketinin məzmunu ilə bağlı danışıqlar aparır. Almaniya mətbuatının yazdığına görə, Almaniya Xarici İşlər Nazirliyinin hesabatında 18-ci sanksiyalar paketinin Rusiyanın enerji və bank sektoruna təsir edəcəyi bildirilir.
Əziz Mustafa, Oxuməni.az