
NATO bir gecədə müdafiəyə ÜDM-in 5%-nin xərclənməsini tələb etmir
NATO anlayır ki, hazırda üzv dövlətlərdən müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmağı tələb etmək qeyri-realdır, çünki praktikada bu, qaçılmaz olaraq illər çəkəcək, Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna üzrə təmas qrupunun iclasından sonra bildirib.
“Vurğulamaq istərdim ki, hazırda heç kim heç kimdən 5%-ə çatmağı tələb etmir, çünki bu, real deyil.
Pistorius vurğulayıb ki, indi söhbət qarşıdakı illərdə müdafiə xərclərinin artırılmasından gedir ki, bu da “həm mümkündür, həm də tamamilə zəruridir”.
NATO müttəfiqləri bu mövzunu alyansın 24-26 iyun tarixlərində Haaqada keçiriləcək sammitində müzakirə edəcəklər.
Yanvar ayında Davosda keçirilən Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə danışan ABŞ prezidenti Donald Tramp NATO tərəfdaşlarının ÜDM-in ən azı 5%-ni müdafiəyə xərcləməsinə çalışacağını bildirib.
Fevralın ortalarında NATO-nun baş katibi Mark Rutte təklif etmişdi ki, NATO ölkələri müdafiəyə ÜDM-in ən azı 5%-ni xərcləməyi hədəfləməlidir. Hazırda alyans daxilində bu rəqəmin 2%-dən aşağı olmaması ilə bağlı konsensus var.
Əziz Mustafa, Oxuməni.az