Tramp Putinlə telefonla danışdığını bildirib

Tramp Putinlə telefonla danışdığını bildirib

5 İyun 10:11
Bəyəndim (4) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə 1 saat 15 dəqiqə davam edən telefon danışığı apardığını bildirib. Söhbət iyunun 4-də baş tutub.

Amerika prezidenti dəqiqləşdirib ki, danışıqlar zamanı tərəflər İranın nüvə proqramı ilə bağlı vəziyyəti müzakirə ediblər.

“Putin İranla danışıqlarda iştirak etməyi təklif etdi və təklif etdi ki, bu məsələnin tezliklə həllinə kömək edə bilər”, - Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Danışıqlar zamanı prezidentlər Ukraynadakı münaqişəyə də toxunublar. Amerika lideri "söhbətin yaxşı getdiyini" deyib, lakin ondan sonra münaqişənin dərhal bitəcəyini gözləməməyə çağırıb.

Kremlin sözçüsü Dmitri Peskov Putinlə Tramp arasında telefon danışığı olduğunu təsdiqləyib.

Almaz Həsənli