Aİ ukraynalı qaçqınların müdafiəsini 2027-ci ilə qədər uzada bilər

Aİ ukraynalı qaçqınların müdafiəsini 2027-ci ilə qədər uzada bilər

5 İyun 11:22
Bəyəndim (2) Bəyənmədim (0)

Avropa İttifaqı ukraynalı qaçqınların müvəqqəti müdafiəsi üzrə direktivin müddətini 2027-ci ilin martına qədər uzada bilər. Bu mexanizm milyonlarla ukraynalıya Aİ ölkələrində qalmasına imkan verəcək. Bu barədə Bloomberg xəbər verir.

Avropa Komissiyası “Ukraynalı Qaçqınların Müvəqqəti Mühafizə Direktivi” kimi tanınan hüquqi bazanın 2027-ci il martın 4-dək uzadılması təklifini təqdim edib.

Qeyd edək ki, bu direktiv ilk dəfə 2022-ci ilin martında qüvvəyə minib. Məhz o zaman o, məcburi köçkün ukraynalılara rəsmi sığınacaq prosedurundan keçmədən Aİ üzv dövlətlərində qalmasına icazə verib.

Aİ-nin məlumatına görə, artıq 4,3 milyondan çox qaçqın bu tədbirdən faydalanıb. Onların indi 27 ölkəni əhatə edən blokda yaşamaq icazəsi və iş, təhsil və səhiyyə xidmətlərinə çıxışı var.

Brüsseldə blokun daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner Ukrayna baş nazirinin müavini Aleksey Çernışevlə birgə təklifi açıqlayıb.

Mexanizmin ilkin olaraq maksimum üç il işləməsi nəzərdə tutulurdu, lakin Komissiya onu artıq 2026-cı ilin martına qədər uzadıb.

Əziz Mustafa, Oxuməni.az