250 illik mübahisə yenidən alovlanıb

250 illik mübahisə yenidən alovlanıb

13:05
Bəyəndim (0) Bəyənmədim (0)



“Parthenon” heykəllərinin Yunanıstana qaytarılması məsələsi yenidən gündəmə gəlib.
Britaniyanın “The Critic” jurnalında çıxan məqalədə Britaniya Muzeyi ilə Yunanıstan hökuməti arasında “Parthenon” heykəllərinin Yunanıstana uzunmüddətli kredit verilməsinə dair razılaşma əldə edildiyi iddia edilib.
Yunanıstanın “Kathimerini” qəzetinin yazdığına görə, Britaniya Muzeyi bu iddiaları qəti şəkildə rədd edib, eyni zamanda “The Times” qəzetindəki oxşar xəbərdə London və Afina arasında danışıqların 2023-cü ilin sonundan bəri dayandırıldığı bildirilib.
Həmin vaxt Yunanıstanın baş naziri Kiriakos Mitsotakis məsələni o vaxtkı müxalifət lideri və hazırkı baş nazir Keir Starmerin diqqətinə çatdırmışdı.
Britaniya hökuməti isə açıq şəkildə bildirib ki, müvafiq qanunvericiliyə görə onlar heykəllərin mülkiyyət hüququnun verilməsinə icazə verən dəyişikliklər etmək niyyətində deyil…

Oxuməni.az