
ABŞ Trampın fərmanından sonra 10 nüvə reaktoru tikmək istəyir
ABŞ prezidenti Donald Trampın 2050-ci ilə qədər ölkənin nüvə enerjisinin dörd dəfə artırılması haqqında fərmanından sonra 10 nüvə reaktoru tikmək istəyir. Bu barədə The Financial Times (FT) yazır.
Nəşrin məlumatına görə, Vestinghouse reaktorların tikintisini müzakirə edir.
Şirkətin icraçı direktoru vəzifəsini icra edən Den Sumner bildirib ki, Vestinghouse unikal mövqedədir, çünki onun reaktorunun dizaynı artıq təsdiqlənib və əlavə olaraq şirkət artıq təchizat zəncirləri qurub.
On reaktorun tikintisinin dəyərinin ən azı 75 milyard dollar olacağı gözlənilir.
Tramp 2030-cu ilə qədər yeni reaktorların tikintisinə dair göstəriş verib.O qeyd edib ki, ABŞ-ın çoxlu enerjiyə ehtiyacı var və bu ehtiyacı ödəmək üçün nüvə reaktorları çox vacibdir.
Əziz Mustafa, Oxuməni.az