
Fermer Braziliyada 36 milyon dollar qazandı, diş həkimi ziyarətindən 25 gün sonra öldü
73 yaşlı braziliyalı maldar Antonio Lopes de Siqueira 201 milyon real (təxminən 36 milyon dollar) əldə edərək Mega-Sena lotereyasının tarixində ən böyük cekpotlardan birini qazanıb. Ultimo Segundo xəbər verir ki, iyirmi beş gün sonra kişi Mato Qrosso əyalətinin Cuiaba şəhərində diş proseduru zamanı öldü.
Polisin dediyinə görə, həkim xəstənin xroniki xəstəliklərini - hipertoniya, şəkərli diabet və ürək problemlərini nəzərə almadan həddindən artıq narkozdan istifadə edib. Xəstə bir müddət təcili yardım otağında olub və heç kim onun vəziyyətinə nəzarət etməyib. Daha sonra həmin şəxs ürək tutmasından dünyasını dəyişib.
Yerli prokurorluq həkim səhlənkarlığı faktı ilə bağlı iş açıb. İstintaq nəticəsində müəyyən edilib ki, Antonio Lopes de Siqueyranın ölümü həkim səhvi və pis baxım nəticəsində olub və onun böyük lotereya uduşu ilə bağlı deyil.
Əziz Mustafa, Oxuməni.az