
Liberiya məhkəməsi respublika parlamentinin keçmiş sədrini həbs edib
Liberiya parlamentinin Nümayəndələr Palatasının keçmiş spikeri Conatan Fonati Koffa ötən ilin dekabrında parlament binasını yandırmaqda ittiham olunaraq həbs edilib. Bu barədə Qvineyanın Guinee360 xəbər portalı məlumat yayıb.
Bildirilir ki, istintaq artıq həmin şəxsə yanğın törətməkdə ittiham edib. Polis əməkdaşları araşdırma zamanı bir neçə tanınmış məmurla parlamentdəki yanğın arasında əlaqə yaradıblar.
Məlumdur ki, Koffadan başqa daha 5 nəfər həbs edilib. Siyasətçinin özü Liberiyada müxalifət qüvvələrini təmsil edir; 2024-cü ilin yanvarından 2025-ci ilin fevralına qədər Nümayəndələr Palatasının spikeri vəzifəsində çalışıb.
Liberiya parlamentinin binasında baş verən yanğın nəticəsində rotunda ilə əsas iclas zalı yanıb, çoxsaylı parlament otaqlarına ziyan dəyib, divarlarda çatlar əmələ gəlib. Məlumdur ki, yanğın müxalifətin Koffun korrupsiya işi ilə bağlı spiker postundan uzaqlaşdırılmasına etiraz aksiyası çərçivəsində baş verib.
Əziz Mustafa, Oxuməni.az