
Portuqaliya ikinci dəfə UEFA Millətlər Liqasının qalibi oldu
Portuqaliya millisi UEFA Millətlər Liqasının 2024/2025-ci il mövsümünün finalında İspaniya millisini məğlub edib. Beləliklə, Portuqaliya millisi ikinci dəfə bu turnirin qalibi olub.
Münhendə keçirilən görüşün əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında portuqallar daha dəqiq olub - 5:3.
İspaniya millisinin heyətində Martin Subimendi və Mikel Oyarzabal fərqlənib. Portuqaliyanın qollarını Nuno Mendeş və Kriştianu Ronaldu vurub.
Portuqaliyalılar 2019-cu ildə Millətlər Liqasında ilk qələbəsini turnirin ilk və ev püşkatmasında Hollandiyaya 1:0 hesabı ilə qalib gələrək qazanıb.
Sonuncu Millətlər Liqasının qalibi İspaniya millisi olub. Turnirin finalında ispanlar Xorvatiya millisinə 0:0, (5:4 penal) hesabı ilə qalib gəliblər.
Almaz Həsənli