BARIŞ BAKTAŞ ZİRVƏSİ

BARIŞ BAKTAŞ ZİRVƏSİ

Bəyəndim (7) Bəyənmədim (1)

Serial və kino aktyoru Barış Baktaş 12 fevral 1997-ci ildə Batmanın Güvercin kəndində anadan olub. İbtidai və orta məktəbi, eyni zamanda liseyi Batmanda oxuyan aktyor, həm də musiqiçidir. Özündən başqa 2 qardaş və 2 bacısı olan Barış ailənin ən böyük övladıdır. Atası biznesmen, anası isə evdar qadındır. Uşaqlıqdan atası ilə ticarətlə məşğul olan Barış 2015-ci ildə universitetdə təhsil almaq üçün İstanbula köçür. Daha sonra İstanbul Ticarət Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirib. Universitet illərində, bir neçə reklamda iştirak etdikdən sonra, 2017-ci ildən etibarən aktyorluq fəaliyyətinə başlayıb. Ayşen İnci və Bülent Emin Yarardandan aktyorluq, Bülent Çolakdan isə səhnə və improvizasiya təhsili alaraq Stanislavski, Erik Morris, İvana Çubuk, Yoşi Oida kimi bir çox üsul və aktyorluq texnikasını öyrənib. O, aktyorluqla bağlı taktikaları məşhur aktrisa Perihan Savaştandan alıb. 2020-ci ildə İran filmində Ashe Khoda Burak rolunda iştirak edib. Daha sonra “No: 26 Ölüm Çılgınlığı”, “Cebberruh”, “Malazgirt 1071”, “Legends of War kimi Savaşın Əfsanələri” filmlərində rol alan Barış Baktaş, “Qan Çiçəkləri” serialında 3 sezonda 454 bölümün baş rolunda oynadığı serial ilə serial sektoruna daxil olub. Serial 7-dən 70-ə kimi hər kəsin ürəyincə olub. Dünyanın iyirmiyə yaxın ölkəsində yayımlanaraq reytinq rekordlarının qırılmasında böyük pay sahibi olan Barış Baktaş, son olaraq “Səlahəddin Eyyubi” serialındakı Börü obrazı ilə seriala həyəcan qatıb, ən yüksək səviyyədə aktyorluq səviyyəsini və təcrübəsini nümayiş etdirib.

Hörmətli oxucular, onu da qeyd edim ki, ömründə belə tarixi filmlərə baxmayan insanlar var, amma Barış Baktaşa görə, bilirəm ki, belə seriallara ilk dəfə baxan minlərlə insan var. Aktyorluqla yanaşı o, həm də gözəl musiqiçidir. Musiqiçi kimi 40-a yaxın bəstəsi olan Barış, hal-hazırda da yazır, bəstələyir və oxuyur. Bu mahnılardan : “Həbs Oldum”, “Öldüm”, “Derində”, “Ölümünə”, “Tutamıyorum” adlı mahnıları sosial şəbəkələrdə milyonlarla insan tərəfindən izlənilir və çox bəyənilir. İnstaqram və digər sosial şəbəkələrdə milyonlarla izləyicisi olan, bir çox ölkədə onun adına minlərlə fan səhifəsi açılan Barış Baktaş adını zirvələrə yazdırmağı bacarıb. Bu yazını hazırlayanda qeyd etmək istərdim ki, məşhur aktyor Qurban bayram ilə əlaqədar doğulduğu Batman şəhərinə gedib və bayramı ailəsi ilə birgə keçirib. Bayram sonrasında yaxın mənbələrdən öyrəndim ki, Barış Baktaş bu yay pərəstişkarları üçün hazırladığı sürpriz əsərlərində üç fərqli dildə, üç fərqli mahnı ifa edəcək. İndidən Barış Baktaşı təbrik edirəm və bu mahnıları dinləmək üçün mənim kimi bütün pərəstişkarları da səbirsizliklə gözləyirlər. Mən də Barış Baktaşa həm sənətində, həm də şəxsi həyatında uğurlar arzulayıram. Yolunda, bəxtində həmişə açıq səma olsun, ASLANIM…

Yazını hazırladı: Fesih Alioğlu

Şair, publisist