Slovakiyanın baş naziri Özbəkistana rəsmi səfər edəcək
Slovakiyanın baş naziri Robert Fitso iyunun 8-10-da Özbəkistanda rəsmi səfərdə olacaq.
Özbəkistan Respublikası Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Daşkənddə yüksək səviyyəli danışıqlar aparılacaq, görüşdə Özbəkistan-Slovakiya çoxşaxəli əməkdaşlığının gələcək inkişafı məsələləri müzakirə olunacaq.
Prioritet sahələrdə - ticarət, investisiya və innovasiyalar, kənd təsərrüfatı, sənaye, enerji, turizm sahələrində tərəfdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriləcək. Mütəşəkkil əmək miqrasiyası, mədəni-humanitar və təhsil sahələrində qarşılıqlı fəaliyyət məsələlərinə baxılacaq. Çoxtərəfli məkanlarda qarşılıqlı dəstək də daxil olmaqla, beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılacaq.
İki ölkə liderlərinin görüşündən sonra Özbəkistan-Slovakiya qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yönəlmiş sənədlərin imzalanması planlaşdırılır.
Səfər proqramı çərçivəsində Slovakiyanın Baş naziri Robert Fitso IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunda da iştirak edəcək.
Əziz Mustafa, Oxuməni.az

































































.jpg)
.jpg)
.jpg)










