
Meksika prezidenti G7 Sammitində iştirakını təsdiqləyib
Meksika prezidenti Klaudiya Şeynbaum G7 sammitində iştirak edəcəyini bildirib və tədbirdə ABŞ prezidenti Donald Trampla görüşə ümid etdiyini bildirib. Bu barədə TASS məlumat yayıb
"Xarici işlər naziri mənə dedi ki, iyunun 16-da günortadan sonra ikitərəfli görüşlər, iyunun 17-də isə əsas sessiya olacaq, ona görə də mən orada olacam", - Şeynbaum bildirib.
O, kommersiya reysi ilə uçacağını deyib və əlavə edib ki, birbaşa uçuş yoxdur, ona görə də təyyarələri dəyişməli olacaq.
"Xarici işlər naziri prezidentlər və nazirlərlə ikitərəfli görüşlərin təşkili üzərində işləyir. Baxaq, Kanadada keçiriləcək G7 sammitində ABŞ prezidenti Donald Trampla ikitərəfli görüş olacaqmı", - Meksika rəhbəri bildirib.
G7 sammitinin iyunun 15-dən 17-dək Kanadada keçirilməsi planlaşdırılır.
Əziz Mustafa, Oxuməni.az