Superkompüter FİFA Klublararası Dünya Çempionatının qalibini proqnozlaşdırıb

Superkompüter FİFA Klublararası Dünya Çempionatının qalibini proqnozlaşdırıb

10 İyun 11:21
Bəyəndim (2) Bəyənmədim (0)


“Opta” statistik platformasının superkompüterinə əsasən, “Paris Saint-Germain”-in ABŞ-da keçiriləcək Klublararası Dünya Çempionatında qalib gəlmək şansı 18,5 faizdir. Bu barədə Oxuməni.az “RBC”-yə istinadən xəbər verir.
İkinci ən çox ehtimal olunan namizədlər “Mançester Siti”dir (17,8%), üçüncü yer “İnter”i yarım faiz qabaqlayan “Bavariya”dır (12,8%). Beşqat turnir çempionu "Real Madrid"in şansı 9,8 faizdir.
Superkompüter “Fluminense”, “Botafogo” (hər ikisi Braziliya), “Urawa Red Diamonds” (Yaponiya), “Pachuca” (Meksika), “Wydad” (Mərakeş), “Esperanza” (Tunis), “Al Ain” (BƏƏ), “Ulsan” (Cənubi Koreya) və “Oklend Siti” (Yeni Zelandiya) şanslarını sıfır hesab edir. Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək və burada ilk dəfə 32 komanda iştirak edəcək.
Almaz Həsənli