
Avstriya məktəbində atışma: Ən azı 5 nəfər həlak olub
Çərşənbə axşamı, iyunun 10-da Avstriyanın Qrats şəhərində məktəbə şagird və müəllimlərə qarşı hücum edilib. Polis məktəb binasında atəş açıldığını bildirib. Avstriya mətbuatı xəbər verir ki, azı 5 nəfər həlak olub.
Avstriya Daxili İşlər Nazirliyi “bir neçə” ölüm barədə məlumat verib. Avstriyanın ORF radio şirkətinin məlumatına görə, daha bir neçə nəfər ağır yaralanıb.
Hazırda hadisə yerində genişmiqyaslı əməliyyat aparılır, məktəb boşaldılır.
Oxuməni.az
Digər xəbərlər