
Qreta Tunberq İsraildən deportasiya edilib
İsveçli fəal Qreta Tunberq İsraildən deportasiya edilib. İyunun 10-da səhər saatlarında İsrail Xarici İşlər Nazirliyi özünün X sosial media hesabında Qreta Tunberqin Fransaya uçan təyyarənin göyərtəsində əks olunan videonu dərc edib. Fransadan fəalın İsveçə getməsi planlaşdırılır.
İsrail isveçli ətraf mühit fəalı Qreta Tunberqi və onu müşayiət edən fələstinli fəalları “Madleen” yaxtası ilə Qəzza zolağının hazırkı dəniz blokadasını pozaraq sahilə keçməyə cəhd etdikdən sonra deportasiya edib.
İsrail Hərbi Dəniz Qüvvələri bazar ertəsi səhər tezdən yaxtanın qarşısını alıb. Yaxtada Tunberq də daxil olmaqla 12 nəfər olub. Yaxta Britaniya bayrağı altında üzürdü. O, İsrailin Aşdod limanına göndərilib, bundan sonra fəallar Təl-Əviv yaxınlığındakı beynəlxalq hava limanına aparılıb.
İsrail Qəzza zolağında “HƏMAS” hərəkatının hakimiyyətə gəldiyi 2007-ci ildən bəri dəniz blokadasını saxlayır. İsrail hakimiyyəti blokadanın yaraqlılara silah tədarükünün qarşısını almaq məqsədi daşıdığını bildirir.
Almaz Həsənli