İranın 25 şəhərində it gəzdirmək qadağan edilib

İranın 25 şəhərində it gəzdirmək qadağan edilib

10 İyun 16:11
Bəyəndim (2) Bəyənmədim (0)

İran hakimiyyəti it sahiblərinə ev heyvanlarını gəzdirməyin qadağan olunduğu şəhərlərin siyahısını fəal şəkildə genişləndirir.

İran İnternational-ın məlumatına görə, belə bir qadağa artıq ölkənin ən azı 25 şəhərində tətbiq edilib. İtlərin gəzdirilməsi və hətta şəxsi nəqliyyatda daşınmasına ilk qadağa 2019-cu ildə Tehranda tətbiq edilib. Bu qanunun pozulması cərimələrə, bəzi şəhərlərdə isə itin daşındığı nəqliyyat vasitəsinin müsadirə edilməsinə səbəb olur.

İranda it gəzdirməyi qadağan edən ümumi milli qanun yoxdur. Ədliyyə orqanları vətəndaşları qadağaya əməl etməyə məcbur etmək üçün yerli hökumətin sərəncamlarından və polisin orderlərindən istifadə edir. Hakimiyyət öz fərmanlarında ölkənin cinayət məcəlləsinin və konstitusiyasının müxtəlif maddələrinə, o cümlədən ictimai əxlaqa, əhalinin sağlamlığına təhlükə törətməyə və başqalarına zərər vurmağa dair maddələrə istinad edir.

Şəhər rəhbərliyi hesab edir ki, it gəzdirməsi əhalinin sağlamlığına və vətəndaşların ümumi təhlükəsizliyinə təhlükə yaradır. Bundan əlavə, bələdiyyə rəsmiləri qeyd edirlər ki, ev heyvanları kimi itlər “Qərb həyat tərzinə olan istəklərin əksi” və şiə İslam ənənələrinin pozulmasıdır.
Əziz Mustafa, Oxuməni.az