İran şahının nəvəsi yəhudiyə ərə getdi

İran şahının nəvəsi yəhudiyə ərə getdi

11 İyun 10:58
Bəyəndim (2) Bəyənmədim (0)


Son İran şahının nəvəsi və sülalə başçısının qızı İman Pəhləvi amerikalı yəhudi biznesmen Bredli Şermanla ailə həyatı qurub. Toy Parisdə baş tutub.
Taxtın varisi şahzadə Rza Pəhləvinin mətbuat xidməti xəbər verir ki, nikah İran ayinlərinə uyğun olaraq bağlanıb. Lakin mərasimin ətrafı dünyəvi və avropalı idi. 32 yaşlı İman çiyinləri açıq libasda ailə qurub. Rza Pəhləvi özü smokin geyinib, kəpənək qalstuk taxıb.
Oxuməni.az “The Jewish Chronicle”-a istinadən xəbər verir ki, Paris toyu cütlüyün Nyu-York şəhər qeydiyyat idarəsində qeyri-rəsmi mərasimlə nikahlarını rəsmi qeydiyyatdan keçirdikdən təxminən bir ay sonra baş tutub – şahzadə ilə onun seçdiyi qız 4 ildir münasibətdədir.
Bu, İran şah sülaləsinin üçüncü nəslinin ilk toyudur. Rza Pəhləvinin üç övladı var, hamısı qızdır. İman ortancısıdır.
“Daily Mail” bildirir ki, şahzadə Nyu-Yorkda “American Express”-də menecer işləyir. Onun həyat yoldaşı Bredli Şerman “Luchy” texnologiya şirkətinin baş direktorudur.
Almaz Həsənli