ABŞ 2026-cı ildə Ukraynaya silah alınması üçün  ayrılan büdcəni azaldacaq

ABŞ 2026-cı ildə Ukraynaya silah alınması üçün ayrılan büdcəni azaldacaq

11 İyun 07:49
Bəyəndim (3) Bəyənmədim (0)

2026-cı ildə Amerika Birləşmiş Ştatları Ukraynaya silah alınması üçün büdcəni azaltmaq niyyətindədir. Associated Press xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset deyib.

Heqset ABŞ Nümayəndələr Palatasında dinləmələr zamanı konqresmenlərin Ukraynaya gələcək silah tədarükü ilə bağlı sualını cavablandırarkən deyib: “Bunun üçün büdcədə ixtisarlar var”.

Onun sözlərinə görə, “indiki administrasiya bu münaqişəyə tamam başqa cür baxır”.
"Biz hesab edirik ki, danışıqlar yolu ilə sülh sazişi hər iki tərəfin və ölkəmizin maraqlarına uyğun ən yaxşı həll yoludur, xüsusən də dünyada ziddiyyətli tendensiyalar nəzərə alınmaqla", - Pentaqon rəhbəri əlavə edib.
Xatırladaq ki, Ukrayna hazırda ABŞ-dan yalnız ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası tərəfindən təhvil verilməsinə icazə verilən silahları alır.

ABŞ-ın hazırkı prezidenti Donald Tramp Ukraynaya silah tədarükü ilə bağlı hələlik heç bir qərar verməyib.

Bu yaxınlarda Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a Konqresin ötən il ayırdığı vəsaitdən istifadə edərək Ukraynaya yeni hərbi yardım köçürməsini təklif edib.

Ötən ayın əvvəlində məlum olub ki, ABŞ Dövlət Departamenti Konqresə Ukraynaya ən azı 50 milyon dollar məbləğində silah ixracı üçün lisenziya verilməsi ilə bağlı mesaj göndərib.

Əziz Mustafa, Oxuməni.az