AK Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təqdim edib

AK Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təqdim edib

11 İyun 07:58
Bəyəndim (2) Bəyənmədim (0)

Avropa Komissiyası Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin tətbiqini təklif edib. Xüsusilə, Rusiya neftinin qiymət tavanının aşağı salınmasını nəzərdə tutur. Reuter xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.

"Rusiyanın məqsədi sülh deyil, güc hakimiyyətinin tətbiqidir... Güc Rusiyanın yeganə anladığı dildir", - AK rəhbəri qeyd edib.

Avropa Komissiyası yeni paket çərçivəsində daha 22 Rusiya bankını sanksiyalar siyahısına əlavə etməyi və onlara qarşı məhdudiyyətləri SWIFT istisnasından sonra əməliyyatlara tam qadağaya qədər genişləndirməyi təklif edir.
AK, həmçinin üçüncü ölkə banklarına qarşı sanksiyaların əhatə dairəsini Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF), onun törəmə şirkətləri və daha geniş şəbəkəyə daxil etmək üçün genişləndirməyi təklif edir.

Komissiya həmçinin Rusiyanın enerji gəlirlərini azaltmaq üçün Rusiya xam nefti üçün G7 qiymət həddini 60 dollardan 45 dollara endirməyi təklif edib.

Von der Leyen bildirib ki, neftin qiymət həddi gələn həftə Kanadada keçiriləcək G7 liderlərinin görüşündə müzakirə olunacaq.

"Mən bunu G7 olaraq birlikdə edəcəyimizi düşünürəm. Biz buna G7 kimi başlamışıq, bu, G7 tərəfindən uğurlu tədbir idi və mən bu tədbiri G7 olaraq davam etdirmək istəyirəm", - o əlavə edib.

O, həmçinin bildirib ki, Rusiya neftindən hazırlanan neft məhsullarının idxalına qadağa qoyulması təklif edilir.

"Beləliklə, biz Rusiya xam neftinin bir hissəsinin arxa qapıdan Aİ bazarına daxil olmasının qarşısını almaq istəyirik", - AK rəhbəri qeyd edib.

Xatırladaq ki, daha əvvəl Ukraynanın xarici işlər naziri Andriy Sıbıqa G7-ni Rusiya neftinin qiymətinin bir barel üçün tavanını 60 dollardan 30 dollara endirməyə çağırmışdı.

Ukrayna Prezidenti Aparatının rəhbəri Andriy Yermak qeyd edib ki, bu cür tədbirlər Rusiyanın Ukraynaya qarşı müharibəni maliyyələşdirmək imkanlarını “dağıdacaq”.

Əziz Mustafa, Oxuməni.az