İlon Mask Donald Trampla bağlı "bəzi yazılarım" üçün üzr istəyib

İlon Mask Donald Trampla bağlı "bəzi yazılarım" üçün üzr istəyib

11 İyun 14:10
Bəyəndim (3) Bəyənmədim (0)


Sahibkar İlon Mask özünün X sosial şəbəkəsində (keçmiş Twitter) ABŞ prezidenti Donald Trampla bağlı keçən həftə dərc olunan "bəzi yazılarım" üçün üzr istəyib.
"Onlar həddən artıq dərinə getdilər,"- Mask yazıb.
Mask və Tramp arasında münaqişə Maskın Hökumətin Effektivliyi Departamentinin rəhbəri vəzifəsindən istefa verməsindən sonra başlayıb. Mask açıq şəkildə Trampın təklif etdiyi büdcə qanunu və vergi endiriminin uzadılmasından narazılığını bildirib və Tramp bunu “böyük gözəl qanun” adlandırıb. Qanunu "iyrənc iyrənclik" adlandıran Maskın fikrincə, qanunun qəbulu ABŞ-ın onsuz da böyük olan dövlət borcunu kəskin şəkildə artıracaq.
İyunun 5-də Tramp və Mask arasında sosial şəbəkələrdə ictimai mübahisə yaranıb - Mask öz yazılarını X sosial şəbəkəsində, Tramp isə “Truth Social”-da yazıb. Mask xüsusilə yazıb ki, onun köməyi olmasaydı, Tramp prezident seçkilərində məğlub olardı. Tramp cavab olaraq Maskın dəli olduğunu yazaraq, Maskın “SpaceX” və “Starlink” kosmik layihələri üçün maliyyəni kəsməklə hədələyib. Mask öz növbəsində Trampın impiçmentini tələb edib və onun cinsi cinayətlərdə təqsirli bilinən maliyyəçi Ceffri Epşteynin işi ilə əlaqəsinə eyham vurub. Mask daha sonra bu paylaşımı silib.
Almaz Həsənli