
Ranyeri İtaliya milli komandasını çalışdırmaqdan imtina edib
Klaudio Ranyeri “ANSA”-ya açıqlamasında futbol üzrə İtaliya milli komandasının baş məşqçisi postunu tutmaqdan imtina etdiyini bildirib. Bu barədə Oxuməni.az “RBC”-yə istinadən xəbər verir.
Mövsümün bitməsindən sonra İtaliya klubunun sahiblərinin müşaviri olan 73 yaşlı Ranyeri, "İtaliya Futbol Federasiyasının prezidentinə fürsət üçün təşəkkür edirəm, bu, böyük şərəfdir. Bununla belə, özümü düşündüm və "Roma"dakı yeni roluma tam sadiq qalmaq qərarına gəldim".
Ranyeri 2024-cü ilin noyabrında məşqçilikdən ayrıldığını elan etdikdən cəmi bir neçə ay sonra üçüncü dəfə “Roma”nın başına keçib. Nəticədə komanda mövsümü beşinci yerdə başa vurub.
Mütəxəssis karyerası ərzində “Çelsi”, “Atletiko”, “İnter”, “Monako” və digər klublarda çalışıb. 2016-cı ildə "Lester"lə İngiltərə çempionu olub.
Luçano Spalletti iyunun 8-də 2023-cü ilin yayından rəhbərlik etdiyi İtaliya millisindən ayrıldığını açıqladı. O, komandası ilə Avronun 1/8 finalında uduzdu və 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinə zəif başladı, Norveçə 0:3 hesabı ilə uduzdu.
Almaz Həsənli