
Apellyasiya Məhkəməsi Trampa Milli Qvardiyanı Los-Ancelesdə saxlamağa icazə verib
ABŞ apellyasiya məhkəməsi aşağı məhkəmənin federal hakimiyyət orqanlarının Los-Ancelesdəki iğtişaşlarla mübarizə üçün Milli Qvardiyanın yerləşdirilməsinə müvəqqəti qadağan edən qərarını dayandırdı.
Oxuməni.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Məhkəmənin elektron məlumat bazasında dərc olunan sənəddə deyilir:" [məhkəmə qərarının] dayandırılması üçün vəsatət təmin edilmişdir".
Bundan əvvəl Kaliforniyanın Şimal dairəsi məhkəməsi ABŞ prezidenti Donald Trampın Los-Ancelesdəki iğtişaşlarla mübarizə üçün Milli Qvardiyanın yerləşdirilməsinə müvəqqəti qadağa qoyub. Prezidentə Kaliforniya Milli Qvardiyasını Kaliforniya qubernatoru Qevin Nyusomun nəzarətinə qaytarmaq əmri verildi. Lakin Tramp administrasiyası bu hökmdən apellyasiya şikayəti verib.
Almaz Həsənli