Buz üzərində motosiklet yarışları üzrə iyirmi qat dünya çempionu Krasnikov 40 yaşında qəzada öldü

Buz üzərində motosiklet yarışları üzrə iyirmi qat dünya çempionu Krasnikov 40 yaşında qəzada öldü

16:21
Bəyəndim (1) Bəyənmədim (0)


Buz üzərində motosiklet yarışları üzrə iyirmi qat dünya çempionu Krasnikov 41 yaşında dünyasını dəyişib, Başqırdıstanın idman naziri Ruslan Həbibov bildirib.
“Nikolay Oleqoviçin ailəsinə və yaxınlarına başsağlığı veririk. Bu, yerli avtoidman üçün və bizim hamımız üçün böyük itkidir”, – Həbibov sosial şəbəkədə yazıb.
“Başinform”un məlumatına görə, gecə saat üç radələrində Kuşnarenkovski rayonu ərazisində, R-240 magistralının 69-cu km-də idmançı “Lada Granta” markalı avtomobili idarə edərkən qarşıdan gələn “Qazel” və “Sitrak” markalı avtomobillərlə toqquşub.
“SHOT” Telegram kanalının məlumatına görə, Krasnikov Nijnekamskdan Ufaya gedirmiş. Krasnikov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Krasnikov fərdi hesabda səkkiz qat dünya çempionu, komanda hesabında on iki qat dünya çempionu və Rusiya kubokunun dəfələrlə qalibidir.
Almaz Həsənli