Putin Braziliyada keçiriləcək BRİKS sammitində iştirak etməyəcək

Putin Braziliyada keçiriləcək BRİKS sammitində iştirak etməyəcək

14:28
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya diktatoru Vladimir Putin 6-7 iyulda Braziliyada keçiriləcək BRİKS sammitində iştirak etməyəcək. Səbəb Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarıdır. “İnterfaks” xəbər verir ki, bunu Kremlin köməkçisi Yuri Uşakov deyib.

"Prezident videobağlantı vasitəsilə iştirak edəcək, lakin xarici işlər naziri Sergey Lavrov Braziliyada olacaq", - Uşakov bildirib.

O əlavə edib ki, Putinin Braziliyaya getməkdən imtina etməsi “ICC-nin tələbləri kontekstində müəyyən çətinliklərlə bağlıdır”.

"Məhz bu kontekstdə Braziliya hökuməti prezidentimizin bu görüşdə iştirakına imkan verəcək dəqiq mövqe tuta bilmədi", - Uşakov qeyd edib.

Xatırladaq ki, 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Rusiya diktatoru Vladimir Putinin ukraynalı uşaqların Rusiya Federasiyası ərazisinə qanunsuz deportasiyasında əli olduğu üçün onun həbsinə order vermişdi.

Əziz Mustafa, Oxuməni.az