Serbiyada dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 6 nəfər saxlanılıb

Serbiyada dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 6 nəfər saxlanılıb

08:12
Bəyəndim (0) Bəyənmədim (0)

Serbiyada ölkənin konstitusiya quruluşuna və təhlükəsizliyinə qarşı aksiyalar hazırlamaqda şübhəli bilinən 6 nəfər saxlanılıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqın məlumatına görə, iyunun 21-də şübhəlilər “Serbiyada zorakılıqla hakimiyyət dəyişikliyini planlaşdırmaq məqsədi ilə” Kralyevo şəhərindəki otelə toplaşıblar. İclasda hökumət rəsmilərinə, polisə hücumlar, hökumət binalarının və medianın zorakılıqla ələ keçirilməsi müzakirə olunub.

Hüquq-mühafizə orqanları saxlanılan şəxslərdən birinin üzərində silah gəzdirməyə icazəsi olmasa da, seriya nömrəsi silinmiş tapança aşkar ediblər. Saxlanılan digər şəxsin üzərindən arbalet tapılıb.

N1 nəşrinin məlumatına görə, aşağıdakılar saxlanılıb: Kralyevo Yerli Xalqları Assosiasiyasının nümayəndəsi İvan Matoviç; Serb Hərbi Həmkarlar İttifaqının keçmiş sədri Noviça Antiç; Branko Momčilović, Xorvatiya və Kosovo müharibələrinin veteranı; Vidan Koljajic və keçmiş polis zabiti Srdjan Gajovic.

Əziz Mustafa, Oxuməni.az