Estoniya 2026-cı ildə Narvada NATO bazasının tikintisinə başlaya bilər

Estoniya 2026-cı ildə Narvada NATO bazasının tikintisinə başlaya bilər

10:25
Bəyəndim (2) Bəyənmədim (0)


Estoniya Müdafiə İnvestisiya Mərkəzi (RKIK) ümid edir ki, Narvada hərbi şəhərciyin tikintisinə 2026-cı ildə başlana bilər. Bu barədə ERR-ə mərkəzin nümayəndəsi Ando Vuqma məlumat verib. Onun sözlərinə görə, baza 1000-ə qədər hərbçinin yerləşdirilməsi üçün nəzərdə tutulacaq, baxmayaraq ki, əvvəllər orada 250-yə qədər insanın yerləşdiriləcəyi bildirilirdi. Məqalədə deyilir ki, təxminən 15 milyon avroya başa gələcək tikinti 2026-cı ildə başlaya bilər və istismara verilməsi 2027-ci ilə planlaşdırılır.

Əvvəllər bildirilmişdi ki, gələcək baza Narvanın kənarında, Kadastiku sənaye zonasında yerləşəcək. Vuqmanın izah etdiyi kimi, bura yerləşmə və ölçü baxımından ən uyğun yerdir və gələcəkdə kompleksi genişləndirmək planları yoxdur.

Ötən həftə məlum olub ki, RKİK ikisi şəhərə, biri isə dövlətə məxsus olan torpaq sahələrinin təyinatının dəyişdirilməsi təklifi ilə Narva şəhər meriyasına müraciət edib. Söhbət Estoniyanın Rusiya ilə həmsərhəd şəhərində baza tikmək üçün istifadə oluna bilən üç sahədən gedir. Bütün obyektlər bir-biri ilə həmsərhəddir və sənaye zonasında yerləşir.

Əziz Mustafa