Tramp Meksikadan idxal edilən mallara 30%-lik rüsumları daha 90 gün təxirə salıb

Tramp Meksikadan idxal edilən mallara 30%-lik rüsumları daha 90 gün təxirə salıb

1 Avqust 08:32
Bəyəndim (4) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp ticarət sazişlərinin bağlanması üçün son tarix yaxınlaşdıqca Meksika ilə müvəqqəti tarif sazişinin daha 90 gün uzadıldığını açıqlayıb. Bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində məlumat verib.

Amerika liderinin xəbər verdiyi kimi, bu gün o, Meksika prezidenti Klaudiya Şeynbaumla “çox uğurlu” söhbət edib.

"Meksika ilə razılaşmanın mürəkkəbliyi sərhədin çətinlikləri və üstünlüklərinə görə digər ölkələrdən bir az fərqlidir. Biz son qısa müddətdə əldə etdiyimiz eyni razılaşmanı 90 gün uzatmağa razılaşdıq", - Tramp deyib.

Belə ki, onun sözlərinə görə, Meksika fentanilə 25%, avtomobillərə 25%, polad, alüminium və misə isə 50% rüsum ödəməyə davam edəcək. Bundan əlavə, Meksika "çoxlu sayda olan qeyri-tarif ticarət maneələrini dərhal qaldırmağa" razılaşdı.

"Biz Meksika ilə növbəti 90 gün ərzində 90 gün və ya daha uzun müddət ərzində haradasa ticarət sazişi imzalamaq məqsədi ilə danışıqlar aparacağıq", - Amerika prezidenti əlavə edib.

Əziz Mustafa