
Avropa Komissiyası Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin nə vaxt qüvvəyə minəcəyini açıqlayıb
Avropa İttifaqının Rusiyaya qarşı bu yaxınlarda qəbul etdiyi 18-ci sanksiyalar paketi bu həftənin sonunda qüvvəyə minəcək.
Bu barədə brifinq zamanı Avropa Komissiyasının baş sözçünün müavini Arianna Podesta bildirib.
"18-ci sanksiyalar paketi bir neçə gündən sonra, səhv etmirəmsə, həftənin sonunda qüvvəyə minəcək", - Podesta bildirib.
O, əlavə edib ki, Avropa Komissiyası indi bütün diqqətini Rusiyanın onlardan yan keçməyə çalışmasının qarşısını almaq üçün artıq qəbul edilmiş sanksiyaları həyata keçirməyə cəmləyib.
Xatırladaq ki, Aİ bu yaxınlarda Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul edib. Siyahıya 22 bank, Rusiyanın birbaşa investisiya fondu ilə əlaqəli dörd şirkət, Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli 26 qurum və s.
Aİ-nin baş diplomatı Kaja Kallas Rusiyaya qarşı 18-ci sanksiyalar paketini genişmiqyaslı müharibənin başlanmasından bəri ən güclü sanksiyalardan biri adlandırıb.
Estoniya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Brüssel artıq növbəti sanksiyalar paketi üzərində işləməyə başlayıb. Bundan əlavə, Ukrayna artıq öz təkliflərini Brüsselə təqdim edib.
Əziz Mustafa