Polşanın yeni prezidenti Polşa ordusunu NATO-nun Avropadakı aparıcı qüvvəsinə çevirəcəyini vəd edib

Polşanın yeni prezidenti Polşa ordusunu NATO-nun Avropadakı aparıcı qüvvəsinə çevirəcəyini vəd edib

12:13
Bəyəndim (3) Bəyənmədim (0)

Polşanın yeni seçilmiş prezidenti Karol Navrocki andiçmə mərasimində çıxışında bildirib ki, o, Polşa ordusunu NATO-nun Avropa İttifaqında aparıcı qüvvəsinə çevirmək niyyətindədir. Bu barədə Polşa mətbuatı məlumat yayıb.

“Prezident kimi mən Polşa ordusunun modernləşdirilməsi üzrə bütün səyləri dəstəkləyəcəyəm və onu Aİ-dəki ən böyük NATO qüvvəsinə çevirməyə çalışacağam”, - Navroçki bildirib.

"Polşa NATO-nun şərq cinahında güc və məsuliyyəti gücləndirməkdə lider olmalıdır", - o vurğulayıb.

Bundan əvvəl Polşanın baş naziri Donald Tusk bildirmişdi ki, Polşa ordusu Avropa İttifaqında ən böyük orduya çevrilib və bir neçə ildən sonra “regionda ən güclü ordu” olacaq.

Polşa ordusunun şəxsi heyətinin sayı hazırda 210 mini ötüb və 2025-ci ilin sonuna qədər 230 minə çatdırılması planlaşdırılır.

Əziz Mustafa