Litva ABŞ-ı Rusiyaya qarşı sanksiyaları təxirə salmamağa çağırır

Litva ABŞ-ı Rusiyaya qarşı sanksiyaları təxirə salmamağa çağırır

12:09
Bəyəndim (1) Bəyənmədim (0)

Litvanın xarici işlər və müdafiə nazirləri ABŞ-ın Ukrayna ilə atəşkəslə bağlı tələblərinə əməl etmədiyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini açıq şəkildə dəstəkləyib. Bu barədə LRT xəbər verir.

Litvanın xarici işlər naziri Kestutis Budris deyib ki, ABŞ beynəlxalq tərəfdaşların etibarını qorumaq istəyirsə, xəbərdarlıqlarını yerinə yetirməlidir.

"Mən əminəm ki, belədir. Bu mənada başqa cür necə ola bilərdi? O zaman belə xəbərdarlıqlar və siqnallar nəyə dəyər? Onları həyata keçirmək lazımdır. Bu, etimad məsələsidir", - o, jurnalistlərə deyib.

Litvanın milli müdafiə naziri Daina Şakaliene də qətiyyətli hərəkətlərin vaxtının yetişdiyini qeyd edib.

ABŞ prezidenti Donald Tramp Rusiyaya Ukrayna ilə sülh sazişi üzrə irəliləyiş üçün cümə gününə qədər vaxt qoyub.

Əks halda Vaşinqton yeni iqtisadi sanksiyalar tətbiq edə bilər. Xüsusilə, söhbət Moskvanın tərəfdaşlarına - Çin və Hindistana təsir edəcək ikinci dərəcəli tariflərdən gedir.

Ağ Ev hələlik hansı tədbirlərin nəzərdən keçirildiyini rəsmən təsdiqləməsə də, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoffun çərşənbə günü Kremlə səfəri yeni təzyiq siqnalı idi.

Əziz Mustafa