Ukraynada sülh üçün təhlükəsizlik təminatları müzakirə edilməlidir

Ukraynada sülh üçün təhlükəsizlik təminatları müzakirə edilməlidir

10:23
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ukraynada sülhə nail olmaq üçün təhlükəsizlik təminatları və ərazi məsələləri müzakirə edilməlidir. Onun sözlərinə görə, Rusiya-Amerika sammitinin nəticəsindən asılı olmayaraq, hərbi əməliyyatlara son qoymaq üçün Kiyev və Moskva arasında razılaşma əldə edilməlidir.

"Sülhə nail olmaq üçün düşünürəm ki, təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar aparmaq lazım gələcək. Ərazi mübahisələri və iddiaları, onların nə üçün mübarizə apardıqları barədə məaləhətləşmələrə ehtiyac var", - Marko Rubio jurnalistlərə bildirib. ABŞ dövlət katibinin sözlərinə görə, Donald Tramp Vladimir Putinlə görüşdə “sülhün mümkün olub-olmadığını” anlamaq istəyir.

Avqustun 14-də Ukrayna prezidenti Vladimir Zelenski Avropa liderləri və Donald Trampla videokonfrans zamanı təhlükəsizlik təminatlarının müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, cənab Tramp gələcəkdə bu məsələyə ətraflı baxacağına söz verib. Politico yazıb ki, Amerika prezidenti Ukraynanın NATO-ya qoşulmasını nəzərdə tutmayan təminatlar verməyə hazırdır.

Əziz Mustafa