Qazaxıstan Avropada Adi Silahlı Qüvvələr Müqaviləsindən çıxdı
Qazaxıstan 19 noyabr 1990-cı il tarixli Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləni (AASM) rəsmən dayandırdı.
17 noyabr 2025-ci il tarixli müvafiq fərmanı dövlət başçısı Qasım-Jomart Tokayev imzalayıb və respublikanın normativ hüquqi aktlarının informasiya-hüquq sistemində dərc edilib.
Rəsmi sənəddə müqavilənin qüvvədən düşməsinin səbəbləri barədə heç bir izahat yoxdur.
Müqavilə 16 NATO ölkəsi və 6 Varşava Müqaviləsi dövləti arasında adi silahların həcminə məhdudiyyətlər qoyurdu. Moskva 2007-ci ildə NATO-nun müəyyən edilmiş limitləri aşmaq cəhdlərinə, Alyans tərəfindən irəli sürülən yeni şərtlərə, həmçinin 1999-cu ildə İstanbul sammitində imzalanan AASM -nin uyğunlaşdırılmış variantının ratifikasiya olunmamasına istinad edərək, razılaşmadakı iştirakını dondurmuşdu.
Almaz Həsənli


















.jpg)






.jpg)
.jpg)































.jpg)
.jpg)
.jpg)




















