Polşa Prezident Kansleri Aparatından 140.000 dollardan çox pul oğurlanıb

Polşa Prezident Kansleri Aparatından 140.000 dollardan çox pul oğurlanıb

14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Polşa Prezidenti Karol Navrotskinin Kansleri Aparatındakı kassadan 500.000 zlotidən (təxminən 141.000 dollar) çox pul oğurlanıb. Bu barədə Gazeta Wyborcza Varşava Rayon Prokurorluğuna istinadən məlumat yayıb.

Qəzet prokuror Pyotr Skibadan sitat gətirir ki, "İlk şahidlər artıq dindirilir və dəymiş ziyanın dəqiq məbləği və qurbanların sayı müəyyən edilir".

Gazeta Wyborcza istintaq sirrini əsas gətirərək cinayətin hallarını açıqlamır. Qəzetin məlumatına görə, prezident Kansleri Aparatının bir neçə əməkdaşı cinayətdə iştirak etmiş ola bilər.

Əziz MUSTAFA