Türkiyə iyul ayında NATO zirvəsinə ev sahibliyi edəcək
NATO zirvəsi Ankarada keçiriləcək.
Görüş NATO Baş Katibinin sədrliyi ilə Ankaradakı Beştəpə prezident iqamətgahında baş tutacaq.
Bəyanatda qeyd olunur ki, "Görüş NATO Baş Katibinin sədrliyi ilə Türkiyənin Ankara şəhərindəki Beştəpə prezident iqamətgahında olacaq".
Bu arada, NATO Baş Katibi Mark Rutte zirvəyə hazırlıq məqsədilə 22 apreldə Ankaraya səfər edib. Orada ölkə rəhbərliyi ilə görüşlər keçirib və ASELSAN texnologiya bazasına baş çəkib.
Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə Rutte Türkiyənin Alyansa verdiyi töhfəni qeyd edib və Ankarada keçiriləcək qarşıdan gələn NATO zirvəsinə hazırlıqları müzakirə edib.
Xatırladaq ki, ABŞ bu ilki NATO sammitində Ukraynanın və Hind-Sakit Okean bölgəsindən olan dörd NATO tərəfdaşının iştirakına qarşı çıxmışdı.
Əziz MUSTAFA






.jpg)






.jpg)




































































