ABŞ cəhənnəmdən keçir: "Xouk" yanğını güclənir
Nevada ştatının Reno şəhərinin şimal-qərbində başlayan alovlar yaşayış məntəqələrinə yaxınlaşdıqca və bölgədə həyəcan təbili çaldıqca nəzarətdən kənarda qalır. Minlərlə hektar ərazini külə çevirən yanğınla əlaqədar kütləvi təxliyə qərarı verilib, həmçinin 6 nəfər xəsarət alıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Reuters-in yaydığı məlumatda deyilir. Qeyd edilir ki, ABŞ-ın Nevada ştatında bazar günü başlayan "Xouk" yanğını, küləyin təsiri altında sürətlə böyüyərək yaşayış məntəqələrini təhdid etməyə başlayıb. Yanğın Reno şəhərinin şimal-qərbində tüğyan etdiyi üçün təxliyə zonaları genişləndirilib və 90 minə yaxın insanın təxliyyə edilməsi əmri verilib. Səlahiyyətlilərə görə, Somersett bölgəsindəki Hawk Meadow yaxınlığında başlayan yanğın qısa müddətdə geniş ərazini əhatə edib. Artıq yanğının 4260 hektara yaxın ərazini əhatə etdiyi bildirilir. Yanğın yaşayış məntəqələrinə doğru irəlilədikcə, ekipajlar xüsusilə Somerset ətrafında evakuasiya işlərini gücləndiriblər.
Nevada qubernatoru Co Lombardo evlərə və digər tikililərə qarşı artan yanğın təhlükəsi səbəbindən Vaşo dairəsində fövqəladə vəziyyət elan edib. Washoe County Şerif Ofisi də Somerset icması üçün yeni evakuasiya əmrləri elan etdi.
Yanğının söndürülməsi zamanı 3 mülki şəxs və 3 təcili yardım xidmətinin əməkdaşı xəsarət alıb. Truckee Meadows Yanğın Departamentinin birgə insident komandiri Shane Ackerson, yanğının bölgədə də elektrik kəsilməsinə səbəb olduğunu və təxminən 5 min insanın elektriksiz qaldığını söylədi.
Səlahiyyətlilər yanğının insan təqsiri üzündən baş verdiyini istisna etmirlər. Çoxlu sayda ekipaj yanğını nəzarət altına almaq üçün işləri davam etdirsə də, yanğının yaşayış məntəqələrinə keçmə ehtimalı səbəbindən təxliyə xəbərdarlığı qüvvədə qalır.
Əziz Mustafa

































































.jpg)
.jpg)
.jpg)




.jpg)

.jpg)









