“Amazon”un yük təyyarəsi Mayamidə uçuş-enmə zolağından çıxıb, beş nəfər həlak olub

“Amazon”un yük təyyarəsi Mayamidə uçuş-enmə zolağından çıxıb, beş nəfər həlak olub

11:11
Bəyəndim (0) Bəyənmədim (0)

"21 Air" aviaşirkətinə məxsus "Boeing 767-300" yük təyyarəsinin Mayami Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından çıxaraq yanması nəticəsində azı beş nəfər həlak olub. Daha beş nəfər isə yaralanıb. Oxuməni az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Hadisə sentyabrın 6-da yerli vaxtla saat 14:00 radələrində (Bakı vaxtı ilə 22:00), təyyarənin Puerto-Rikonun San-Xuan şəhərindəki Luis Munyos Marin adına Beynəlxalq Hava Limanından gəlişindən sonra baş verib. Mayami-Deyd dairəsinin yanğın-xilasetmə xidmətinin məlumatına görə, təyyarə hava limanının yaxınlığındakı bir neçə avtomobilə çırpılıb. Bir neçə nəfər avtomobillərin içərisində sıxılıb qalıb. Hadisə yerində 60 yanğınsöndürmə briqadası işləyib.

Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava bildirib ki, xəsarət alan beş nəfərdən üçünün vəziyyəti kritikdir.

Sentyabrın 6-da ABŞ Federal Aviasiya İdarəsi (FAA) "Boeing 767-300" təyyarəsinin uçuş-enmə zolağından çıxması səbəbindən Mayami hava limanının reysləri qəbul etməyi dayandırdığını bildirmişdi. Təyyarənin quyruq hissəsində "Amazon" loqosu var.

Almaz Həsənli