Belarusda Ukraynadan təxminən 200 ekstremist var

Belarusda Ukraynadan təxminən 200 ekstremist var

2 Sentyabr 2020 15:51
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Belarusun Xarici İşlər naziri Vladimir Makey ilə görüşün yekunlarına dair mətbuat konfransında bildirib ki, Belarus ərazisində Ukraynadan 200-ə yaxın təlim keçmiş ekstremist var.

Oxuməni.az-ın russian.rt-yə istinadən verdiyi xəbərə görə, Sergey Lavrov:

"Bizim hesablamalarımıza görə, Ukrayna ərazisində təlim keçmiş 200 ekstremist hazırda Belarus Respublikasındadır", -deyib.

Lavrov əlavə edib ki, xüsusi xidmət orqanları bununla daha konkret məşğul olmalıdırlar.

Rusiyanın Xarici İşlər naziri Avropa İttifaqı və NATO-da Belarusun vəziyyəti ilə bağlı kifayət qədər destruktiv bəyanatlar səsləndirildiyini də bəyan edib.

Həmid

Oxuməni.az