Belarusda müxalifət lideri Mariya Kolesnikovanı oğurlayıblar

Belarusda müxalifət lideri Mariya Kolesnikovanı oğurlayıblar

7 Sentyabr 2020 16:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər Minskdəki Milli İncəsənət Muzeyinin yanında naməlum şəxslər Müxalifətin Əlaqələndirmə Şurasının (KŞ) üzvü Mariya Kolesnikovanı mikroavtobusa mindirərək naməlum istiqamətə aparıblar.

Oxuməni.az-ın Rian.ru-ya istinadən verdiyi xəbərə görə, onun harada olduğu bilinmir. Müxalifət Şurasının Rəyasət Heyətinin üzvü Maksim Znak bildirib ki, xanım Kolesnikovun harada olduğu məlum deyil. Maksim Znakın sözlərinə görə, Mariya Kolesnikova saxlanılıb. Lakin milisdə bəyan ediblər ki, Mariya Kolesnikova onlar tərəfindən həbs edilməyib.

Oxuməni.az

.