Rusiya hərbi tarixçisi dövlətə xəyanətə görə 12 il həbs cəzasına məhkum edilib

Rusiya hərbi tarixçisi dövlətə xəyanətə görə 12 il həbs cəzasına məhkum edilib

8 Sentyabr 2020 14:37
Bəyəndim (1) Bəyənmədim (0)

Moskva şəhər məhkəməsi hərbi tarixçi, Rusiya Silahlı Qüvvələrinin ehtiyatda olan kapitanı Andrey Jukovu dövlətə xəyanətə görə 12,5 il müddətinə azadlıqdan məhrum edib.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, müttəhim Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci ("dövlətə xəyanət") maddəsi ilə təqsirli bilinib.
Jukov üzərində məhkəmə prosesi işin materiallarında olan "Gizli" qrifinə görə qapalı rejimdə keçirilib. Bununla əlaqədar məhkəmə hökmün yalnız giriş və nəticə hissələrini açıqlayıb.

Jukov xüsusi xidmət orqanlarının diqqətini ilk dəfə 2012-ci ildə cəlb edib. O, zabit Sergey Çerepanovun qoşunların dislokasiyası ilə bağlı gizli sənədləri dərc etdirməsi ilə bağlı keçirilən istintaq zamanı şahid qismində dindirilmişdi.

Jukovun özünü isə 2018-ci ilin iyun ayının 25-də həbs ediblər. Moskva ətrafındakı elit hərbi hissədə xidmət edən Jukov ehtiyata buraxıldıqdan sonra ordunun yerdəyişməsi və iri hərbi təlimlər barədə informasiya toplamaqda günahlandırılıb.

Oxuməni.az