Quram Marxulia : "Gürcüstan heç kimi Ermənistana buraxmayacaq"
Bu yaxınlarda KİV-də və internentdə yayılan məlumatlara görə, Tbilisi Ermənistan-Gürcüstan sərhədi vasitəsilə Ermənistana yanacağın və humanitar yüklərin tranzitinin qarşısını bütün gücü ilə almağa çalışır.
Oxuməni.az https://zen.yandex.ru-ya istinadən məlumat verir ki, bu məlumatı rəsmi olaraq Ermənistan rəhbərliyi "təkzib" edib. Bununla bağlı Ermənistanın Tbilisidəki səfirliyinin rəsmi saytında müvafiq "məlumat" dərc edilib:
"İnternetdə belə bir məlumat yayılıb ki, Gürcüstan Ermənistana yanacaq idxalına mane olur və humanitar yardımdan imtina edir. Bu, həqiqətə uyğun deyildir. Biz dezinformasiya yaymamağa çağırırıq, çünki bu, birbaşa RA-nın dövlət maraqlarına ziddir»
Öz növbəsində gürcü analitiki, tarixçi alim Quram Marxulia deyib ki, Gürcüstan Ermənistanın tərəfində döyüşmək arzusunda olan könüllülərin sərhədi üzərindən keçməməsində qəti mövqe nümayiş etdirir. Onun sözlərinə görə, Gürcüstanın Cavaxeti regionunun sakinləri buna cəhd edirlər. Məlumdur ki, orada çoxlu sayda erməni yaşayır. Alim xatırladıb ki, sentyabrın 30-da bir neçə min adam sərhədi keçməyə çalışıb. Lakin onlar Sərhəd Xidməti tərəfindən dayandırılıblar:
"Biz Ermənistan tərəfindən informasiya müharibəsinin təzahürünü görürük. Təkcə onu demək kifayətdir ki, Gürcüstanla Ermənistan arasında sərhəd koronavirusa görə bağlıdır. Heç kim onu keçməyəcək. Əlbəttə, aydındır ki, bu, Gürcüstan ermənilərinin bütün erməniliklə birliyini göstərmək cəhdidir. Amma bu, təbliğatdır. Yenə də deyirəm, Gürcüstan heç kimi Ermənistana buraxmayacaq"
Emin Axund
































.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)

















