Dağıstanda partlayan raket  Dağlıq Qarabağdan atıla bilərdi

Dağıstanda partlayan raket Dağlıq Qarabağdan atıla bilərdi

9 Oktyabr 2020 11:10
Bəyəndim (1) Bəyənmədim (0)

Dağıstanın Aquli rayonunun dağlarında naməlum mərminin qalıqları tapılıb.

Oxuməni.az-ın svoboda.org-a istinadən verdiyi xəbərə görə, bu, qondarma Dağlıq Qarabağdan- münaqişə zonasından atılan raketin qalıqları ola bilər.

Çıraq kəndinin sakinləri hələ bir həftə əvvəl səs-küylü partlayış eşitmişdilər. Çobanlar hadisə yerində diametri 15-20 metr olan çuxur və mərmi parçalarını tapıblar. Hadisə yerinə FHN və FTX əməkdaşları yollanıblar. Onlar mərmi qalıqlarını özləri ilə götürüblər.

Conflict Intelligence araşdırma qrupunun rəhbəri Ruslan Leviyev Qafqaz saytına müsahibəsində tapılan qırıntıların hərbi mərmiyə, daha dəqiq desək, raketə məxsus olduğunu deyib.

Oxuməni.az