Əlilliklə bağlı yeni qaydalar rüşvət və korrupsiyanın daha da artmasına yol aça bilər

Əlilliklə bağlı yeni qaydalar rüşvət və korrupsiyanın daha da artmasına yol aça bilər

10 İyun 2021 13:56
Bəyəndim (0) Bəyənmədim (0)

Əlilliyin təyin edilməsi ilə bağlı qəbul edilən yeni qaydalar saxta əlillik məsələsinin həllinə də müsbət təsir edəcək.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bunu Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədov əlillik qruplarının ləğv edilməsi ilə bağlı qəbul edilən yeni qərarlara aydınlıq gətirərkən deyib.

“Yeni qaydalara əsasən, orqanizmin funksiyasını itirməyinə görə hər birində 3 məhdudiyyət olmaqla əlilliyin 4 dərəcəsi müəyyən edilib. Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Bununla bağlı əlil şəxslərdə bir sıra suallar yaranıb. Məsələyə belə dar çərçivədən baxmaq olmaz. Yeni qaydalar əvvəlki qaydalardan fərqli olaraq bütün xəstəlikləri əhatə edəcək. Əvvəl əlillik 3 qrupa bölünürdüsə, beynəlxalq praktikada təsdiq olunmuş yeni qaydalara əsasən, əlillik üçün patologiya üzrə 2500-ə qədər xəstəlik adı sadalanır. Bu, saxta əlilliklə bağlı ortaya çıxan problemlərin qarşısının alınmasına da müsbət təsir edəcək. Əlil şəxslərin bu barədə narahat olmasına ehtiyac yoxdur”,- S. Məmmədov qeyd edib.

Sahib Məmmədov həmçinin bildirib ki, bundan sonra qarşıda duran əsas çətin məsələ uzun-uzadı idarələrarası prosedurların həllinə çarə tapmaqdır:

“Əlilliyin müddəti bitdikdən sonra yenidən komissiyadan keçmək tələb olunur. Həmin müddətdə əlilliklə bağlı ödəniş dayandırılır. Yeni sənəd təyin olunduqdan sonra arada qalan 4-5 ayda ödənilməyən məbləğin geri qaytarılması məqsədilə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi təklif verib”.

Qeyd edək ki, 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək yeni qaydalara əsasən, orqanizmin funksiyasının 30-60% itirilməsi III qrup, 60-80% itirilməsi II qrup, 80-100% itirilməsi isə I qrup əlillik hesab olunacaq.