Azərbaycanlılar Xankəndidə yaşayan ermənilərə zəng edirlər: Mənzillərinizi bizə satın, onsuz da bizə qalacaq

Azərbaycanlılar Xankəndidə yaşayan ermənilərə zəng edirlər: Mənzillərinizi bizə satın, onsuz da bizə qalacaq

25 İyun 2021 15:02
Bəyəndim (5) Bəyənmədim (0)

"Son günlər Qarabağda azərbaycanlılar tərəfindən edilən telefon zəngləri əsas müzakirə mövzusudur. Onlar Xankəndidə yaşayan ermənilərdən mənzillərini almağa hazır olduqlarını deyirlər”.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bunu "Şərəfim var” blokunun üzvü Tiqran Abramyan deyib.

O bildirib ki, bu məsələ barədə ilk dəfə həmkarı Nairi Oxikyan xəbər tutub. "Nairi deyirdi ki, Qarabağdakı ermənilər bu zənglərdən narahat olmağa başlayıblar. Azərbaycanlıların bu addımı məqsədlidir. Onlar bununla deyirlər ki, onsuz da Qarabağ bizimdir. Təklif edirik ki, mənzillərinizi bizə satın. Mən bunu araşdırdım və məlum oldu ki, belə zəngləri sayı son bir həftədə yüzlərlə olub”, - deyə Abramyan əlavə edib.

O, baş verənləri təhlil edərək belə qənaətə gəlib ki, tezliklər Ermənistan üçün Qarabağ məsələsi qapanacaq:

"Baş verənlər gözlənilən proseslər idi. Bundan sonra daha geniş miqyasda zəruri imkanlardan istifadə etməyə başlayacaqlar. Bu isə Ermənistanın prosesdən çıxmasının əlamətidir və tezliklə İrəvan üçün Qarabağ səhifəsi bağlanacaq”