Bakı ilə Moskva təbii qazla bağlı razılaşdı - "Kommersant"

Bakı ilə Moskva təbii qazla bağlı razılaşdı - "Kommersant"

28 İyul 2021 07:10
Bəyəndim (0) Bəyənmədim (0)

"Qazprom" və "Azerkontrakt" təbii qazın mövsümi mübadiləsi barədə razılığa gəliblər.

Oxuməni.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Bakı yayda Rusiyaya qaz verəcək, qışda da Rusiyadan Azərbaycana eyni həcmdə qaz tədarükü olacaq.

Razılaşmanın müddətinin 2023-cü ilə qədər olduğu qeyd olunsa da, müqavilənin detalları və şərtləri barədə açıqlama verilməyib.

Bildirilib ki, SOCAR Azərbaycan tərəfdən müvafiq həcmdə qazın alınması və göndərilməsi barədə müqavilənin texniki icrasına cavabdeh olacaq.